Bədii gimnastika üzrə Azərbaycan yığma komandasının üzvləri özbəkistanın paytaxtı Daşkənd şəhərində keçiriləcək dünya kubokuna yola düşüblər. Matc.az xəbər verir ki, bu barədə Gimnastika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, Azərbaycanı bu turnirdə fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri - Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva təmsil edəcəklər.
 
Avropa kuboku 14-16 aprel aralığında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest