Voleybol üzrə kişilər arasında Azərbaycan çempionatının final mərhələsinə start verilib. Matc.az xəbər verir ki, bu gün Voleybol Mərkəzində üçüncülük uğrunda və finalın birinci qarşılaşmaları keçirilib.
 
İlk olaraq meydana Yüksək Liqanın bürünc medalı üçün yarışan "Neftçi" və MOİK klubları çıxıblar.
 
Bu görüş 3 set davam edib. Matçın əvvəlindən üstünlüyə yiyələnən "Neftçi" yekunda 3:0 (25:19, 25:18, 26:24) hesabıyla qələbə qazanıb.
 
Daha sonra finalın ilk oyunu keçirilib. "Xarı bülbül" və "Murov" kollektivləri arasında baş tutan bu qarşılaşma isə daha gərgin alınıb. "Xarı bülbül" matça daha yaxşı başlayıb və ilk setdə 25:20 hesabı ilə qələbə qazanıb. Lakin bundan sonra "Murov" təşəbbüsü ələ alaraq növbəti 3 hissəni 25:20, 25:19 və 25:17 hesabları ilə öz xeyrinə başa vurub.
 
Beləliklə, "Murov" 3:1 hesablı qələbə ilə çempionluq yolunda ilk addımı atıb.
 
Reqlamentə əsasən komandalar üç qələbəyədək mübarizə aparırlar. Bürünc medal və finalın növbəti oyunlarının keçiriləcəyi tarixlə bağlı əlavə məlumat veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest