12 Aprel 2023, 11:54
DİGƏR
Ağır atletika üzrə Azərbaycan millisinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı təsdiqlənib. Matc.az xəbər verir ki, bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının rəsmisi Kənan Məstəliyev məlumat verib.
Yığma komandamız qitə birinciliyində 4 idmançı ilə təmsil olunacaq. Kişilərin mübarizəsində İsa Rüstəmov (67 kq), ömər Cavadov (73 kq) və Əli Şükürlü (102 kq), qadınların yarışında isə Nazilə İsmayılova (49 kq) çıxış edəcək. İlkin siyahıda yer alan Dadaş Dadaşbəyli (109 kq) heyətdən çıxarılıb.
Avropa çempionatı aprelin 15-dən 23-dək keçiriləcək.