Kişi və qadın voleybolçulardan ibarət Azərbaycan çempionatlarında növbəti final oyunlarının vaxtı müəyyənləşib. Matc.az saytı xəbər verir ki, ilk olaraq sabah kişi voleybolçular ikinci sınağa çıxacaq.
 
Yüksək Liqada çempionluğa iddia edən "Xarı bülbül"lə "Murov" saat 16:00-da, üçüncülük uğrunda görüşdə isə "Neftçi" və MOİK 18:00-da üz-üzə gələcək. Cütlüklərin ilk duellərndə "Murov" 3:1, "Neftçi" 3:0 hesablı qələbə qazanıb.
 
Qadın voleybolçuların görüşləri aprelin 14-də olacaq. Əvvəlcə "Abşeron" və "Azərreyl" çempionluq uğrunda qarşılaşacaq. Bu oyun saat 15:00-da başlayacaq. İki saat sonra isə UNEC və "Murov" bürünc medal uğrunda üz-üzə gələcək. Qadın komandaların ilk oyunları bu gün keçiriləcək.
 
Qeyd edək ki, Yüksək Liqaların reqlamentinə görə, komandalar bu mərhələdə üç qələbəyədək mübarizə aparacaqlar. Ehtiyac yaranarsa, 4-cü və 5-ci matçlar olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest