14 Aprel 2023, 11:16
DİGƏR
Azərbaycanın ağır atletika yığmasının üzvlərinin Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa çempionatında çıxış edəcəkləri tarixlər bəlli olub. Matc.az Avropa Ağırlıqqaldırma Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, körpücük üzərinə əvvəlcə yeganə qadın təmsilçimiz - Nazilə İsmayılova çıxacaq. 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançı aprelin 15-də qüvvəsini sınayacaq.
Kişilərin yarışında 67 kq çəkidə çıxış edəcək İsa Rüstəmov aprelin 17-də, 73 kq-dakı ömər Cavadov aprelin 18-də, nəhayət 102 kq-dakı Əli Şükürlü aprelin 22-də yarışacaq.
Xatırladaq ki, Avropa çempionatı 15-23 apreldə təşkil olunacaq.