15 Aprel 2023, 13:59
DİGƏR
Ermənistanın hakim "Vətəndaş Sazişi" partiyasının üzvü, deputat Ovik Ağazaryan Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasına görə beynəlxalq ictimaiyyətdən üzr istəyib. Matc.az xəbər verir ki, erməni "Telegram" kanalları Ağazaryanın sözlərindən sitat gətirib:
"Təəssüf ki, bir deputat və vətəndaş kimi millətimin düşüncəsindən vəhşi, adamyeyən qəbilələrə məxsus təzahürləri tamamilə yox etmək üçün əlimdən gələni edə bilmədim".
Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ermənilərdən biri bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.
Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün bəyanat yayaraq azərbaycanlı idmançıların təhlükəsiz şəraitdə vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.