"Barselona" hücumçu axtarışlarını davam etdirir. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, Kataloniya klubunun maraqlandığı oyunçulardan biri də "Selta"nın forvardı Maksi Qomesdi.

Uruqvay millisinin üzvü ilə danışıqlara artıq start verilib. Onu həmyerlisi Luis Suaresə əvəzləyici gözündə görürlər. 22 yaşlı oyunçunun transfer qiyməti 50 milyon avrodu. Lakin hazırda La Liqada təhlükəli zonada qərarlaşan "Selta" elitanı tərk etsə, bu məbləğ ikiqat azalacaq. Qomes bu mövsüm meydana çıxdığı 24 oyunda 9 qol, 5 assistlə yadda qalıb.

Qeyd edək ki, "Barselona"nın maraqlandığı digər hücumçu "Ayntraxt"lı Luka Yoviçdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest