çempionlar Liqasında ötən həftənin ən yaxşı oyunçusunun adına aydınlıq gəlib. Matc.az saytının məlumatına görə, 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində keçirilmiş qarşılaşmalarda fərqlənən ən yaxşı futbolçu Kristiano Ronaldo olub.

"Atletiko" ilə matçda het-trik edən "Yuventus"un super ulduzu azarkeşlərin səsverməsində bütün rəqiblərini qabaqlayıb.

Qeyd edək ki, sözügedən ad uğrunda Lionel Messi ("Barselona"), Sadio Mane ("Liverpul") və Leroy Sane ("Mançester Siti") qiyabi mübarizə aparırdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest