çempionlar Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib. Matc.az saytının məlumatına görə, püşkün ilkin nəticələrinə görə, ilk oyunda "Mançester Yunayted" evdə "Barselona", "Mançester Siti" isə "Tottenhem"lə qarşılaşmalı olsa da, sonradan bəzi dəyişikliklər edilib.

Belə ki, qitənin ali futbol qurumu eyni şəhərin iki komandasının eyni vaxtda oynamasının qaydalara zidd olduğunu nəzərə alaraq "qırmızı şeytanlar"ın oyun ardıcıllığını dəyişib.

Belə ki, ilk oyunda "Barselona" "Mançester Yunayted"i, "Mançester Siti" isə əvvəldən məlum olduğu kimi "Tottenhem"i qonaq edəcək.

Qeyd edək ki, "Mançester Yunayted"in oyununun yerinin dəyişdirilməsi bu komandanın ötən mövsümün yekunlarına əsasən "mavi" qonşularından daha az reytinqə sahib olmasına görədir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest