Azərbaycan üzgüçüləri Macarıstanın Şopron şəhərində keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə 32 medal qazanıblar.
 
Matc.az xəbər verir ki, idmançılarımız 14 qızıl, 8 gümüş, 10 bürünc medal əldə ediblər.
 
Almaniya, Fransa, Macarıstan, Slovakiya və Xorvatiya kimi komandaların mübarizə apardığı yarışda 18 üzgüçüdən ibarət yığmanın heyətində Məryəm Cavadova üç çempionluq, bir ikincilik qazanıb.
 
Həmçinin, Oqtay Hüseynov 2 qızıl, 1 gümüş, 1 bürünc, Amin Orujli 1 qızıl, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc, Xumar Mustafayeva 1 qızıl, 1 bürünc, Daniyal Muhəmməd 2 qızıl, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə 1 bürünc medal əldə ediblər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest