Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasında bürünc medalçının adına aydınlıq gəlib. Matc.az xəbər verir ki, üçüncü qarşılaşmada da UNEC-i 3:0 (25:19, 25:15, 25:16) hesabı ilə məğlub edən "Murov" üçüncü yeri tutub.
 
Bu gün, həmçinin, Yüksək Liqada qızıl medalçı da müəyyənləşəcək. Əvvəlki matçlarda rəqibini üstələyən "Azərreyl" "Abşeron"u məğlub etsə, çempion adını qazanacaq.
 
Azərbaycan çempionatı
Yüksək Liqa (qadınlar)
Bürünc medal uğrunda keçirilən üçüncü oyun
18 aprel 
 
Murov - UNEC 3:0 (25:19, 25:15, 25:16)
 
İkinci oyun
UNEC - Murov 0:3 (11:25, 14:25, 9:25)
 
Birinci oyun
Murov - UNEC 3:0 (25:14, 25:12, 25:16)
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest