Qadınlardan ibarət "Azərreyl" voleybol komandası Azərbaycan çempionatının qalibi olub.

Matc.az xəbər verir ki, komanda finalın üçüncü qarşılaşmasında da "Abşeron"a 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gəlib. 

Xatırladaq ki, Yüksək Liqada bürünc medalı "Murov" əldə edib.

Azərbaycan çempionatı
Yüksək Liqa (qadınlar)
18 aprel

Finalın 3-cü oyunu
Azərreyl - Abşeron 3:0 (25:16, 25:18, 25:15)

Finalın ikinci oyunu
Abşeron - Azərreyl 0:3 (19:25, 20:25, 22:25)

Finalın birinci oyunu
Azərreyl - Abşeron 3:0 (26:24, 25:22, 25:13)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest