Aprelin 23-də Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş veloyürüş keçiriləcək. Matc.az xəbər verir ki, Dənizkənarı Milli Parkın ərazisində yerləşən "Dəniz Mall" ticarət və əyləncə mərkəzinin yaxınlığından saat 11:00-da start götürəcək veloyürüşə yalnız Vətən müharibəsi iştirakçıları və qazilər qatılacaqlar.
 
İştirakçılar Dənizkənarı Milli Parkın ərazisi ilə hərəkət edərək Su İdmanı Sarayının yaxınlığından geri dönüb, start yerində yürüşü başa vuracaqlar.
 
Azərbaycan Velosiped Federasiyası veloyürüşdə iştirak etmək arzusunda olan Vətən müharibəsi iştirakçılarını və qaziləri tədbirə qatılmağa dəvət edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest