Sabah kişi voleybolçular arasında Azərbaycan çempionatında final mərhələsinin üçüncü oyunları keçiriləcək. Matc.az saytı xəbər verir ki, baş tutacaq qarşılaşmaları ardından bütün mükafatçılar müəyyənləşə bilər.
 
"Neftçi" ilə MOİK arasında baş tutacaq üçüncü yer uğrunda görüşdə birincilər qalib gələrsə, bürünc medala yiyələnəcək. çünki "Neftçi" ilk iki dueldə "hərbçilər"i müvafiq olaraq 3:0 və 3:1 hesabı ilə məğlub edib.
 
 "Xarı bülbül"lə "Murov" isə finalın üçüncü duelində qarşılaşacaq. Bu cütlüyün ilk iki qarşılaşmasında "Murov" əvvəlcə 3:1, daha sonra isə 3:0 hesabı ilə qalib gəlib. Sabahkı finalda da eyni ssenari təkrarlansa, "Murov" Azərbaycan Yüksək Liqasının çempionu olacaq.
Voleybol Mərkəzində saat 14:00-da "Neftçi" – MOİK, bundan iki saat sonra isə "Xarı bülbül" - "Murov" görüşü start götürəcək.
 
Bütün medalçılar müəyyənləşərsə, finalın ardından mükafatlandırma mərasimi təşkil olunacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest