Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyun üçün bu futbolçuları üstün tutub. Bütün oyunçularımızı milliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət almasını gözləyirdim. Rauf Əliyev də sübut etdi ki, milliyə layiqli futbolçudu. İnanıram ki, oyunçularım gələn matçlara dəvət alacaq.

"Aydın məsələdi ki, gərgin, mübarizəli oyun gözləyirdik. çünki "Neftçi"yə qarşı oynayırdıq. İlk hissədə top itkilərimiz oldu. çalışdıq ki, ikinci hissədə oyunun kəsərini artıraq". Matc.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov deyib.

Topaz Premyer Liqasının XXI turunda səfərdə "Neftçi" ilə qarşılaşan əyalət klubu görüşdən 1:1 hesablı bərabərliklə ayrılıb.

Qarşılaşama başa çatdıqdan sonra sualları cavablandıran Qurbanov oyunu belə şərh edib: "Xarakter göstərdik, futbolçularımızın sonadək vuruşduqları üçün sevindiricidi. Onları bu xal münasibətilə təbrik edirəm".

- çempionatda, yoxsa kuboka daha çox güc qoymaq fikrindəsiniz?

- Hər iki turnirdə mübarizə aparmağa çalışacağıq. Futbolçularımız üçün "Səbail"lə matçdan sonra hazırlıq vaxtı az idi. Düzgün bərpa olundular.

- Elvin Camalovun əvəzlənməsi nəylə bağlı idi?

- Onun ilk hissədən sonra kiçik zədəsi oldu. Qorxduq ki, daha da ağılaşa bilər. Elvin əsas heyət üzvlərimizdəndi, meydanda böyük iş görür. Onu əvəzləyən Sabien Lilay da yaxşı təsir bağışladı.

- Milliyə "Qəbələ"dən heç bir futbolçunun çağırılmaması sizi təəccübləndirdi?

- Əlbəttə, bizi də təccübləndirdi. Ola bilər ki, millinin baş məşqçisi Xorvatiya ilə oyun üçün bu futbolçuları üstün tutub. Bütün oyunçularımızı milliyə layiq görürəm. Bəhlul Mustafazadənin dəvət almasını gözləyirdim. Rauf Əliyev də sübut etdi ki, milliyə layiqli futbolçudu. İnanıram ki, oyunçularım gələn matçlara dəvət alacaq.

- Voyislas Stankoviçinm zədəsi nə yerdədi?

- Artıq fərdi məşqlərə başlayıb. Fasilədə tam bərpa olunaraq komandaya qoşulaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest