Bu gün "Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının 27-ci turunun açılış oyunu baş tutub. Matc.az xəbər verir ki, pley-offdan kənarda qalmış "Neftçi" İK və "Zirvə Astara" komandalarının üz-üzə gəldiyi oyunun yekununda, Şəhriyar Əsgərovun rəhbərlik etdiyi Astara basketbolçuları rəqib üzərində 103:90 hesablı qələbə qazanıblar.
 
Ən məhsuldar basketbolçular "Neftçi"dən Zaur Quşanov (27 xal, 9 ribaund), "Zirvə"dən isə Cerret Henderson (32 xal, 8 ribaund) olublar.
 
Turun digər oyunları ("Sərhədçi" - "Sabah", "Gəncə" - NTD, "Olimpik Şəki" - "AAAF Xırdalan") 20, 22 və 23 apreldə baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest