Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Vladimir Dolmatov və Mədinə Mustafayeva Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya kubokunda iştirak edəcəklər.
 
Matc.az xəbər verir ki, yarış aprelin 22-23-də baş tutacaq.
 
Digər gimnastlar Sara Əlixanlı, Sənəm Kazımova, Dilarə Qurbanova və Məryəm Topçubaşova isə eyni şəhərdə təşkil olunacaq beynəlxalq turnirdə qüvvələrini sınayacaqlar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest