Bu gün "Sərhədçi" İdman Mərkəzində Basketbol Liqasının 27-ci turunun ikinci oyunu baş tutub. Matc.az xəbər verir ki, pley-offdan kənarda qalmış "Sərhədçi" çempionatın lideri "Sabah"la üz-üzə gəlib.
 
"Sabah" basketbolçuları bu oyunda 89:86 hesablı qələbə qazanıblar. Bu qələbədən sonra "Sabah" çempionatın şəriksiz lideri olub.
 
Ən məhsuldar basketbolçular "Sərhədçi"dən Trevor Blekmon (26 xal, 6 ribaund), "Sabah"dan isə Entoni Patti (33 xal, 4 ribaund) olublar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest