Qadın həndbolçular arasında keçiriləcək AVRO-2024-ün püşkü atılıb. Matc.az saytının məlumatına görə, püşkatma mərasimi İsveçrənin Sürix şəhərində baş tutub.
 
Azərbaycan millisi seçmə mərhələnin 5-ci qrupunda yer alacaq. Komandamız İspaniya, Şimali Makedoniya və Litva ilə mübarizə aparacaq.
 
Hərəsində 4 komanda olmaqla 8 qrupdan ibarət mərhələyə oktyabrın 11-də start veriləcək. Gələn il aprelin 7-də isə seçmə mərhələyə yekun vurulacaq.
 
Qruplarda ilk iki yeri tutanlar və üçüncülər arasında ən yaxşı nəticəyə malik dörd komanda final mərhələsinə vəsiqə qazanacaq.
AVRO-2024-ün final mərhələsi Bazel (İsveçrə), İnnsbruk (Avstriya) və Debretsendə (Macarıstan) keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest