16 Mart 2019, 00:41
FUTBOL
Almaniya II Bundesliqasında XXVI tura start verilib. Matc.az saytının məlumatına görə, milli komandamızın oyunçusu Dmitri Nazarovun komandasın "Erzgebirge" də növbəti matçına çıxıb.
Komanda səfərdə "Kiel"lə qarşılaşıb. Matç Aue təmsilçisinin darmadağını ilə yekunlaşıb – 1:5.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Nazarov sona qədər orda qalıb.
Qeyd edək ki, 26 oyundan sonra aktivində 32 xal olan "Erzgebirge" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.