Bu gün Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının 27-ci turunun növbəti oyunu baş tutub.
 
Matc.az xəbər verrir ki, "Gəncə" doğma divarlar arasında çempionatın liderlərindən sayılan NTD basketbolçularını qəbul edib. Gərgin mübarizə şəraitində keçən oyunun yekununda "Gəncə" rəqibi üzərində 95:92 hesablı qələbə qazanıb.
 
Ən məhsuldar basketbolçular "Gəncə"dən Cared Smol (38 xal, 4 ribaund), NTD-dən Londel Kinq olublar - 18 xal, 6 ribaund.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest