24 Aprel 2023, 14:14
TOP OYUNLARI
Azərbaycan Voleybol Federasiyası Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan "Heydər Əliyev kuboku" təşkil edəcək.
Matc.az xəbər verir ki, aprelin 25-də start götürəcək yarışda həm qadın, həm də kişi voleybolçular mübarizə aparacaq.
Qadınların yarışında I Liqada ilk dörd pilləni tutmuş üç komanda – "Ryuga", "Murov-2", "Xarı bülbül Şuşa" və Yüksək Liqada çıxış edən UNEC, "Azərreyl", "Abşeron", "Murov" komandaları yarışacaq.
Kişilərin yarışında isə I Liqada ilk dörd pilləni tutmuş üç komanda – "Təhsil", "Express", "Xarı bülbül-2 Şuşa" və Yüksək Liqada çıxış edən MOİK, "Murov", "Neftçi", "Xarı bülbül Şuşa" komandaları mübarizə aparacaqlar.
Turnir 4 gün davam edəcək. Oyunlar olimpiya sistemi ilə keçiriləcək və məğlub komandalar mübarizəni dayandıracaqlar. Qaliblər yarımfinalda üz-üzə gələcəklər. Aprelin 28-də isə kubokun final görüşləri baş tutacaq.
Qarşılaşmalar Azərbaycan Voleybol Federasiyasının idman zalında, "Murov" klubunun idman zallarında və Voleybol Mərkəzində təşkil olunacaq.
Oyunların cədvəli
25.04.2023
Qadınlar
14:00 "Ryuga" – "Abşeron"
15:30 Kubokun AçILIŞ mərasimi
16:00 "Murov-2" – "Azərreyl"
18:00 "Xarı bülbül Şuşa" – UNEC
(Oyunlardan sonra yarımfinalın püşkatması)
Məkan: Azərbaycan Voleybol Federasiyasının idman zalı
25.04.2023
Kişilər
14:00 "Express" - "Xarı bülbül Şuşa"
15:30 Kubokun AçILIŞ mərasimi
16:00 "Xarı bülbül-2 Şuşa" – "Murov"
18:00 "Təhsil" - MOİK
(Oyunlardan sonra yarımfinalın püşkatması)
Məkan: "Murov" voleybol klubunun idman zalı
26.04.2023
Yarımfinal (qadınlar)
14:00 Birinci oyun
16:00 İkinci oyun
Məkan: Voleybol Mərkəzi
27.04.2023
Yarımfinal (kişilər)
16:00 Birinci oyun
18:00 İkinci oyun
Məkan: Voleybol Mərkəzi
28.04.2023
14:00 Final (qadınlar) (CBC SPORT-canlı)
16:00 Final (kişilər) (CBC SPORT-canlı)
Oyunlardan sonra turnirin bağlanış mərasimi
Məkan: Voleybol Mərkəzi