İkinci görüş güclü "Dinamo Tbilisi"nin U-16 komandasına qarşı baş tutub. Yığmamız oyundan 68:73 hesablı məğlubiyyətlə ayrılıb.

Aprelin 24-dən etibarən Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 millisi hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, Tahir Baxşıyevin yetirmələri ilk görüşündə "Martveli"nin U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəlib.
 
İkinci görüş güclü "Dinamo Tbilisi"nin U-16 komandasına qarşı baş tutub. Yığmamız oyundan 68:73 hesablı məğlubiyyətlə ayrılıb. 
 
Təlim-məşq toplanışı aprelin 30-na qədər davam edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest