Aprelin 25-də Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü dünya çempionatına start verilib.
 
Matc.az xəbər verir ki, D qrupunda yer alan Azərbaycan millisi də ilk matçına çıxıb.
 
Komandamız ilk yarış günündə Bolqarıstan yığması ilə qarşılaşıb. Görüş 29:19 hesabı ilə bolqarların xeyrinə başa çatıb.
 
Xatırladaq ki, çempionat aprelin 30-dək davam edəcək. Azərbaycan yığması növbəti matçını Nigeriyaya qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest