26 Aprel 2023, 15:22
DİGƏR
İrəvanda keçirilmiş ağırlıqqaldırma üzrə Avropa çempionatında zəfər qazanmış Türkiyə idmançıları Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycana dəvət olunublar.
Matc.az xəbər verir ki, nümayəndə heyətinə Avropa çempionları Nuray Güngör, Cansu Bekdaş, Yusuf Fehmi Genc, Avropa çempionatının gümüş mükafatçısı Qamze Altun və Türkiyə Ağır Atletika Federasiyasının prezidenti Talat ünlü daxildir.
Səfər çərçivəsində qonaqların Bakıda bir sıra görüşləri və tədbirlərdə iştirakları nəzərdə tutulub.
Qonaqları gətirən təyyarə sabah saat 16:10-da Heydər Əliyev Beynəlxalq Hava Limanına çatacaq.
Xatırladaq ki, sözügedən idmançılarla Azərbaycanın Türkiyə Respublikasındakı Səfirliyində görüş də təşkil olunub. Mərasimdə qızıl və gümüş medallar qazanaraq qələbələrini ölkəmizə həsr edən Cansu Bektaş, Qamze Altun və Nuray Güngörə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən göndərilmiş hədiyyələr və təbrik məktubları təqdim olunub.