Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü dünya çempionatında Azərbaycan millisi növbəti oyununa çıxıb.
 
Matc.az xəbər verir ki, D qrupunda yarışan həndbolçularımız Nigeriya yığması ilə qarşılaşıb.
 
Millimiz bu oyundan 17:35 hesablı məğlubiyyətlə ayrılıb.
 
Xatırladaq ki, Azərbaycan yığması ilk oyununda meydan sahibi Bolqarıstana da 19:30 hesabıyla uduzmuşdu.
 
çempionata aprelin 30-da yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest