Bu gün Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatına start verilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.
 
İlk olaraq qadınlar 3 çəki dərəcəsində qalibləri müəyyən ediblər. Samirə Rzayeva toplam 86 kq (38+48) nəticə ilə 45 kq çəki dərəcəsində, Ravilya Abbasova toplam 78 kq (32+45) nəticə ilə 49 kq çəki dərəcəsində, Selcan Qarayeva isə toplam 138 kq (60+78) nəticə ilə 55 kq çəki dərəcsində rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest