28 Aprel 2023, 19:06
DİGƏR
Formula 1 üzrə Azərbaycan qran-prisində sıralama turu keçirilib. Matc.az xəbər verir ki, "Ferrari"nin pilotu Şarl Lekler mübarizəni birinci pillədə başa vurub.
Xatırladaq ki, Lekler 2021 və 2022-ci illərdə də Bakıdakı yarışda sıralama turunu ilk sırada bitirmişdi.
"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres isə üçüncü yeri tutub.
"Mercedes"dən Corc Rassell, "Alpin"dən Esteban Okon və Pyer Qasli, "Uilyams"dan Aleksandr Albon və Loqan Sarjent, "Alfa Romeo"dan Valtteri Bottas və Jou Quanju, "Haas"dan Niko Halkenberq və Kevin Maqnussen, "Alfa Tauri"dən Nik de Vris mübarizəni sona çatdıra bilməyiblər.
Sabah - aprelin 29-da Formula 1-də sprint yarışı baş tutacaq. Aprelin 30-da isə əsas yarış təşkil olunacaq.
Azərbaycan qran-prisinə qədər "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen 132 xalla liderdir. Onun meksikalı komanda yoldaşı Serxio Peres 116 xalla ikinci, "Aston Martin"in ispaniyalı sürücüsü Fernando Alonso 85 xalla üçüncü pillədə qərarlaşıb.
Konstruktorların mübarizəsində isə "Red Bull" 123 xalla birinci, "Aston Martin" 65 xalla ikinci, "Mercedes" 56 xalla üçüncü yerdədir.