29 Aprel 2023, 09:33
DİGƏR
Şüvəlan qəsəbəsində yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında ağır atletika üzrə Azərbaycan çempionatında ilk yarış günü başa çatıb.
Matc.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkil etdiyi yarışda ölkənin bütün bölgələrindən 100-dən çox atlet qüvvəsini sınayacaq.
Kişilərdə ilk olaraq 55 kq çəki dərəcəsində qaliblərin adına aydınlıq gəlib. Toplam 202 kq (91+111) nəticə göstərən Amin Osmanov bütün rəqiblərini geridə qoyaraq qızıl medala layiq görülüb. Gümüş medalı toplam 200 kq (90+110) nəticə göstərən Əvəz Tağıyev, bürünc medalı isə toplam 191 kq (85+106) nəticə göstərən Elmar Alıyev əldə edib.
61 kq çəki dərəcəsində isə Elşən Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxmağı bacarıb. O, toplam 213 kq (97+116) nəticə ilə qızıl medala layiq görülüb. Sonrakı pillələri müvafiq olaraq toplam 200 kq (85+115) nəticə ilə Əmrah Osmanov və toplam 199 kq (92+107) nəticə ilə Ramiz Kazımov olublar.