17 Mart 2019, 10:40
FUTBOL
Almaniya II Bundesliqasında XXIX turun oyunları davam edir. Matc.az saytının məmlumatına görə, milli komandamızın hücumçusu Rüfət Dadaşovun formasını geyindiyi "Proysen" də növbəti qarşılaşmasına çıxıb.
Mönstr təmsilçisi səfərdə "Vehen"lə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Matça start heyətində başlayan Rüfət 90 dəqiqə meydanda olub, yalnız son dəqiqədə əvəzlənib. O, görüşün 87-ci dəqiqəsində sarı vərəqə almaqla yadda qalıb.
Qeyd edək ki, 29 oyundan sonra aktivində 38 xal olan "Proysen" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.