İngiltərə FA Kubokunda 1/4 finalın 3 görüşü keçirilib. Matc.az saytının məlumatına görə, mərhələnin ilk oyun günündə maraqlı və gözlənilməz nəticə qeydə alınıb. 

Əsas sürpriz nəticə "Mançester Yunayted"in mübarizəni dayandırması olub. "Qırmızı şeytanlar" səfərdə "Vulverhempton"a 1:2 hesabı ilə uduzublar. çempionlar Liqasında və Premyer Liqada uğurlu çıxış edən "manukunianların" mübarizəni dayandırması azarkeşlərini şoka salıb.

Mançesterin digər təmsilçisi – "Mançester Siti" isə "Suonsi" səfərindən qələbə ilə dönüb. "Şəhərlilər" 0:2 hesabı ilə geri düşdüyü matçda "comeback" edərək, 3:2 hesablı əzmkar qələbə qazanıb.

"Uatford" isə "Kristal Palas"ı yolundan kənarlaşdırıb – 2:1.

Qeyd edək ki, sonuncu yarımfinalçı bu gün keçiriləcək "Miluol" – "Brayton" görüşündən sonra bəlli olacaq.

İngiltərə Kuboku

1/4 final

16 mart

"Uatford" – "Kristal Palas" – 2:1

Kapu, 27, Qrey, 79 – Batşuay, 62

"Suonsi" – "Mançester Siti" – 2:3

Qrayms, 20, (pen.), Selina, 29 – Bernardo Silva, 69, Nordfelt, 78, (avtoqol), Aquero, 88

"Vulverhempton" – "Mançester Yunayted" – 2:1

Raul Ximenez, 70, Jote, 76 – Raşford, 90

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest