17 Mart 2019, 16:07
FUTBOL
"Roma"dan ayrlan Roman Monçinin işsiz günlərinin sayı uzun olmayıb. Matc.az saytının məlumatına görə, Avropada "transfer sehrbazı" kimi tanınan keçmiş qapıçı dogma klubu "Sevilya"ya dönüb.
Klubdan verilən rəsmi açıqlamada bildirilib ki, o, əvvəlki kimi klubun idman dirketoru vəzifəsində çalışacaq. Monçi növbəti ayın 1-dən işinə başlayacaq.
Qeyd edək ki, bütün karyerası boyunca Əndəlüs təmsilçisində oynamış ispan mütəxəssis 17 illik klub rəsmisi dönəmindən sonra 2017-ci ildə "Roma"ya keçmişdi.