İtaliya A seriyasının XXVIII turunda "Cenoa" "Yuventus"u qəbul edir. Matc.az saytının məlumatına görə, oyundan əvvəl maraqlı hadisə qeydə alınıb.

Belə ki, Turin klubunun baş məşqçisi Massimo Alleqri sözügedən görüş üçün Kristiano Ronaldonun adını iştirak ərizəsinə daxil etməyib. Bundan xəbər tutan bəzi yerli azarkeşlər isə "Cenoa"nın ofisinə zəng edərək bilet pullarının qaytarılmasını tələb ediblər. Onlar Ronaldosuz oyunun maraqsız olacağını bildiriblər.

Qeyd edək ki, bu matça qədər "Yuventus" turnir cədvəlinin zirvəsində, "Cenoa" isə 13-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest