İtaliya A seriyasının XXVIII turunda "Yuventus" "Cenoa" ilə səfərdə qarşılaşıb. Matc.az saytının məlumatına görə, görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu, Turin klubunun cari mövsümdə ilk yenilgisi olub. Maraqlıdır ki, sözügedən oyuna qədər "qoca sinyora" sonuncu dəfə ötən ilin aprel ayında "Napoli"yə məğlub olmuşdu.

Qeyd edək ki, məğlubiyyətə baxmayaraq, "Yuve" turnir cədvəlindəki inamlı liderliyini davam etdirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest