Portuqaliya Sequndasında XXVI tur davam edir. Matc.az saytının məlumatına görə, milli komandamızın üzvü Renat Dadaşovun komandası "Eştoril" də növbəti oyununa çıxıb.

Sözügedən komanda səfərdə lider "Ferreyra" ilə qarşılaşıb. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. Oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri ikinci hissədə hesabı bərabərləşdirib.

Renat qarşılaşmaya ehtiyat oyunçular slkamyasında başlayıb. O, 79-cu dəqiqədə hesab 1:1 olarkən meydana daxil olsa da, komandasının qələbə topunu vura bilməyib.

Qeyd edək ki, 26 oyundan sonra aktivində 45 xal olan "Eştoril" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest