İngiltərə Premyer Liqasının XXXI turunda "Liverpul" "Fulhem"lə qarşılaşır. Matc.az saytının məlumatına görə, qarşılaşmanın ilk hissəsində hesabı açan Sadio Mane maraqlı göstəriciyə imza atıb.

Belə ki, 26-cı dəqiqədə rəqibin qapısına yol tapan seneqallı bununla da mövsümdə 17-ci dəfə fərqlənib. Bombardirlər siyahısında ikinci pillənin şəriklərindən biri olan Manenin ən maraqlı göstəricisi isə ardıcıl 11 oyunda fərqlənməsidir.

O, "Liverpul"un bütün turnirlərdə keçirdiyi matçlarda rəqiblərini məyus edib.

Qeyd edək ki, İPL-də bombardirlik yarışına 18 qolla Serxio Aquero başçılıq edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest