Topaz Premyer Liqasının XXI turunun "Keşlə" ilə oyunu (2:0) "Zirə"də debütlə əlamətdar olub. Matc.az saytının məlumatına görə, fransalı yarımmüdafiəçi Şafik Tuqrudja ilk dəfə "qartallar"ın heyətində meydana çıxıb.
Zirə İdman Kompleksinin stadionunda debütü rəsmiləşən Şefik klub tarixinə Premyer Liqadakı 70-ci futbolçu kimi düşüb.
Buna qədər Azərbaycan çempionatının yüksək dəstəsində 69 futbolçu "Zirə"nin formasını geyinmişdi. Fransalı legioner 70-ci – yubiley sırasına malik olmaqla yanaşı, həm də 35-ci əcnəbi futbolçu kimi tarixə düşüb.
Digər 35 oyunçu yerli statusa malik olanlardır. O, "qartallar"ın formasını geyinən 4-cü fransalıdır. Şafikə qədər Amadu Sanqar, Bilal Həmdi və Dilan Duventru komandamızın uğurları üçün çalışıb. Onların sonuncu ikisi cari mövsümdən "Zirə"də çıxış edir.