İngiltərə FA kubokunda 1/4 final mərhələsinin son oyunu keçirilib. Matc.az saytının məlumatına görə, "Miluoll" - "Brayton" qarşılaşması ilə sonuncu yarımfinalçı bilinib.

Oyunun əsas vaxtı 2:2 hesablı bərabərliklə yekunlaşıb. Qarşılaşmanın taleyi isə penaltilər seriyasında həll olunub. Qonaqlar 5:4 hesablı qələbə qazanıblar.

Qeyd edək ki, bir gün əvvəl keçirilən görüşlərdən sonra Premyer Liqa təmsilçiləri "Uotford", "Vulverhempton" və "Mançester Siti" də mərhələni adlamışdılar.

Yarımfinal oyunları aprelin 6-7-də, final isə mayın 18-də baş tutacaq.

Hər üç görüş Londondakı "Uembli" stadionunda keçiriləcək.

İngiltərə FA kuboku
1/4 final
"Miluoll" – "Brayton" – 2:2, (pen. 4:5)

Pirs, 70, Obrayan, 79 – Lokadia, 88, Març, 90+5

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest