"Sərhədçi" İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının (ABL) pley-off mərhələsində "AAAF Xırdalan" və "Sabah" komandaları arasında yarımfinal seriyasının ikinci oyunu baş tutub. 
 
Matc.az xəbər verir ki, gərgin mübarizə şəraitində davam edən oyunun yekununda "Sabah " basketbolçuları 83:77 hesablı qələbəyə seviniblər.
 
Bu qələbə ilə "Sabah" yarımfinal seriyasını 2:0 hesabı ilə qazanaraq finala vəsiqəni təmin edib.
 
Ən məhsuldar basketbolçular "AAAF Xırdalan"dan Deymon Makdouel (34 xal, 4 ribaund), "Sabah"dan isə Entoni Patti (25 xal, 7 ribaund) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest