Bu gün Gəncə Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində "Gəncə" və NTD komandaları arasında yarımfinal seriyasının ikinci oyunu baş tutub.
 
Matc.az xəbər verir ki, oyunun ilk dəqiqələrindən üstünlüyü ələ keçirən paytaxt klubu bölgədən 105:76 hesablı  qələbə ilə ayrılıb.
 
Bu qələbə ilə NTD yarımfinal seriyasında hesabı bərabərləşdirib – 1:1. 
 
Ən məhsuldar basketbolçular "Gəncə"də Amil Həmzəyev (19 xal, 4 ribaund), NTD-də isə Londel Kinq (27 xal, 13 ribaund) olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest