Azərbaycan para-üzgüçüsü Roman Saley Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyasında daha bir gümüş medal qazanıb. Matc.az xəbər verir ki, idmançımız 100 metrəyə arxasıüstə üsulu ilə üzmədə 01.01.09 nəticə göstərib.
 
Tokio-2020 Yay Paralimpiya Oyunlarının üçqat qalibi bununla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
 
Qeyd edək ki, dünya seriyasında 3 idmançı ilə təmsil olunan yığmamız 4 gümüş medal əldə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest