Bədii gimnastika üzrə dünya çempionatı 2027-ci ildə Azərbaycanda keçiriləcək. Matc.az xəbər verir ki, bu barədə qərar Beynəlxalq Gimnastika Federasiyasının Şurasının iclasında qəbul edilib.
 
Türkiyənin Antalya şəhərində baş tutan iclasda səsvermə yolu dörd il sonrakı mundial Azərbaycana verilib. Dünya çempionatı 15-19 sentyabr tarixlərində Milli Gimnastika Arenasında təşkil ediləcək.
 
Qeyd edək ki, bu Azərbaycanda keçiriləcək bədii gimnastika üzrə 3-cü dünya çempionatı olacaq. Bakı daha əvvəl 2005 və 2019-cu illərdə də mundiala ev sahibliyi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest