Azərbaycan Şahmat Federasiyasının (AŞF) hesabat konfransı keçirilib. Matc.az xəbər verir ki, tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb.
 
Konfransa federasiya prezidenti Mahir Məmmədov başçılıq edib. O, 2022-ci ildə görülən işləri, əldə edilən nəticələri vurğulayıb. Eyni zamanda həm ötən, həm də cari ilin büdcəsi barədə məlumat verilib.
 
Daha sonra Ailə, Qadın, və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini, beynəlxalq qrossmeyster Aynur Sofiyeva, Elm və Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Elnur Əliyev səsvermə ilə İcraiyyə Komitəsinin yeni üzvləri kimi təsdiqlənib. Belədə İK üzvlərinin sayı artırılıb.
 
Bundan başqa İlqar Xələfovla Ələmdar Məmmədov İntizam Komissiyasına üzv, Elçin Məmmədov isə sədr təyin olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest