Qadınlar arasında 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları ölkəmizdə keçiriləcək. Matc.az xəbər verir ki, turnir 20-21 may tarixlərində Astarada baş tutacaq.
 
Bu da Azərbaycan basketbol tarixində bir ilkdi. Yarışda Azərbaycan millisi də daxil olmaqla ümumilikdə 12 komanda iştirak edəcək. Azərbaycan, Almaniya, çin, Polşa, Misir, çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3x3 qadın yığmaları ilə yanaşı, 2 klub da qüvvəsini sınayacaq. Bunlar çinin "Yuanda" və yerli "Neftçi" olacaq.
 
Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları Astara bulvarında keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest