19 Mart 2019, 16:24
FUTBOL
Argentina millisi yeni formasını təqdim edib. Matc.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, komanda bu formanı Amerika Kuboku-2019 turnirində geyinəcək.
Cənubi Amerika təmsilçisinin forma təqdimatı üçün komandanın kapitanı Lionel Messi və digər aparıcı oyunçusu Paulo Dibala kameralar qarşısına keçib.
Qeyd edək ki, Argentina yığması B qrupunda Kolumbiya, Paraqvay və Qətərlə mübarizə aparacaq. Turnir iyunun 14-dən iyulun 7-dək Braziliyada keçiriləcək.