Azərbaycanın qadın voleybolçusu Mariya Kirilyuk Rusiya çempionatının "A" Yüksək Liqasında ikinci yeri tutub. Matc.az xəbər verir ki, milli komandamızın üzvünün formasını geyindiyi "Severyanka" klubu həmin yarışda çıxış edib.
 
çerepoveç təmsilçisi son matçında "Lokomotiv-2" ilə qarşılaşıb. Həmin oyunda 3:1 hesablı qələbə qazanan "Severyanka" "A" Yüksək Liqanın gümüş medalına yiyələnib.
 
Qeyd edək ki, yarış dairəvi sistemlə keçirilib. İlkin mərhələni birinci sırada tamamlayan "Severyanka" final raundunda qazandığı xallara görə ikinci yeri tutub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest