Azərbaycan Basketbol Liqasında "Sabah" və "Gəncə" komandaları arasında final seriyasının təqvimi bəlli olub. Matc.az xəbər verir ki, ilk oyun mayın 20-də baş tutacaq. 
 
ümumilikdə final seriyası 5 qarşılaşmadan ibarət nəzərdə tutulub. Bütün matçlar "Sərhədçi" İdman Mərkəzində təşkil olunacaq və saat 19:30-da başlayacaq.
 
Final seriyaları mayın 20-də, 22-də, 24-də, 27-də və 30-da oynanılmalıdır. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Buna qədər isə mayın 19-da NTD ilə "AAAF Xırdalan" arasında üçüncü yer uğrunda matç keçiriləcək. Bu görüş də "Sərhədçi" İdman Mərkəzində keçiriləcək və saat 19:30-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest