Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatına start verilib.
 
Matc.az xəbər verir ki, "Ulduz kimi parla" şüarı ilə keçirilən qitə çempionatında 38 ölkədən 315 gimnast (böyüklər – 191, gənclər 124) mübarizə aparacaq.
 
Fərdi gimnastlar ayrı-ayrı alətlər (top, halqa, gürzlər lent), komanda hesabı və çoxnövçülük proqramında çıxış edəcəklər.
 
Qrup hərəkətləri üzrə komandalar böyüklər arasında beş halqa, üç lent və iki top, gənclər arasında isə beş ip və beş top proqramında güclərini sınayacaqlar.
 
Yarışa mayın 21-də yekun vurulacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest