İtaliya millisi itki üzləşib. Matc.az saytının məlumatına görə, baş məşqçi Roberto Mançini qarşıdakı oyunlarda Federiko Kyezanın xidmətindən məhrum olacaq.

Buna səbəb "Fiorentina"nın futbolçusunun zədələnməsidir. Yığmanın son məşqini yarımçıq tərk edən yarımmüdafiəçini Stefan El Şaaravinin əvəzləyəcəyi ehtimal olunur.

"Roma"nın futbolçusu bu gün komandanın heyətinə qoşulacaq.

Qeyd edək ki, İtaliya millisi Aç-2020-nin seçmə mərhələsində martın 23-də Finlandiya, 26-da isə Lixteynşteynlə üz-üzə gələcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest