Azərbaycan Basketbol Liqasında bürünc medalların sahibi bəlli olub. Matc.az xəbər verir ki, 3-cü yer uğrunda oyunda "AAAF Xırdalan"a qalib gələn NTD mükafata yiyələnib.
 
"Sərhədçi" İdman Mərkəzində keçirilən qarşılaşmaya üstün başlayan NTD basketbolçuları yekunda 100:79 hesablı qələbə qazanıblar.
 
Ən məhsuldar basketbolçular NTD-də Londel Kinq (40 xal, 16 ribaund), "AAAF Xırdalan"da isə Deymon Makdouel (36 xal, 5 ribaund) olublar.
 
çempionatın final oyunu isə "Sabah" və "Gəncə" klubları arasında olacaq. Final seriyasında 3 qələbə qazanan komanda çempion olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest